Pike və Şakiradan Mark Zukerberqə təbrik

15:00 3 Dekabr 2015

"Barselona"nın müdafiəçisi Xerard Pike və həyat yoldaşı Şakira "Facebook"un yaradıcı MArk Zukerberqi ata olması münasibətilə təbrik edib.

 

Sportarena.az xəbər verir ki, Mark qızının dünyaya gəlməsindən sonra şirkətin 99 faiz gəlirini xeyriyyə məqsədilə bağışlamışdı. Cütlük təbriki Şakiranın sosial şəbəkədəki profilindən paylaşıblar:

 

"Əziz Mark və Prissila! Valideynlərdən valideynlərə... Biz Maksın dünyaya gəlməsi münasibətilə təbrik edirik. Sənin etdiyin hərəkətə dünyanı nə qədər yaxşı bir yerə çevirmək istədiyini göstərir. Alicənablığın üçün təşəkkürlər".

 

Mark da cavabında onlara təşəkkür edib.


Digər xəbərlər

Xəbər xətti