"Qəbələ" və "Rəvan" 1/4 finalda - YENİLƏNİB

21:52 3 Dekabr 2015

Bu gün ölkə kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq. Sportarena.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutacaq.

 

1/4 final yolunda son oyunlardan biri əyalətdə, digəri isə paytaxtda keçiriləcək. "Qəbələ" doğma azarkeşləri önündə "Mil-Muğan"ı mübarizədən kənarlaşdırmağa çalışacaq.

 

Paytaxtda da Premyer Liqa və birinci divizion təmsilçiləriüz-üzə gələcəklər. Belə ki, "Rəvan" "Bayıl Arena"da "Bakı" ilə münasibətlərinə aydınlıq gətirəcək.

 

 

Azərbaycan kuboku, 1/8 final mərhələsi

3 dekabr

 

17:00. “Qəbələ" – "Mil-Muğan” 7:0
Qollar:
Derlis Meza Kolli, 5, Samir Zərgərov, 16, Fakunda Pereyra, 22, Rikardinyo, 43, Ermin Zets, 44, Vaqif Cavadov, 58, Asif Məmmədov, 83

Qırmızı vərəqə: Qismət Alıyev, 68

Hakimlər: Orxan Məmmədov, Kamran Bayramov, Coşqun Həsənov, Rəşad Əhmədov
Qəbələ şəhər stadionu.

 

20:00. "Rəvan" – "Bakı" 1:0
Qol:
Vüqar Bəybalayev, 23

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Vaqif Musayev, Emin Nağıbəyov
“Bayıl Arena”.


Xəbər xətti