Bəhmən Həsənov: "Bakı"nın motivasiyası bizimlə müqayisədə çox idi"

22:47 3 Dekabr 2015

Azərbaycan Kubokunun 1/8 final mərhələsinə yekun vuruldu. Bu mərhələnin sonuncu oyununda “Rəvan” I Divizion təmsilçisi “Bakı”nı məğlub edərək, adını ¼ final mərhələsinə yazdırdı. 

Bəhmən Həsənov (“Rəvan”ın baş məşqçisi): "Hava şəraitini və rəqibi nəzərə alaraq, futbolçulara tapşırıqlar vermişdim. İlk 15 dəqiqədə maksimum iş görmək lazım idi. Çünki “Bakı”nın motivasiyası bizimlə müqayisədə çox idi. Ilk hissədə tapşırıqlar yerinə yetirilmədi, belə hava şəraitində oynamaq çətindir. Bütün bunlara baxmayaraq, qələbə qazandıq, nəticədən və oyundan razıyam”. 


Xəbər xətti