​Arda Turan Türkiyədə ilin adamı seçilib

14:21 4 Dekabr 2015

Türkiyə millisinin və İspaniyanın "Barselona" klubunun futbolçusu Arda Turan vətənində "İlin adamı" seçilib. 
Arda "GQ Türkiyə" jurnalı tərəfindən bu ada layiq görülüb.
Jurnalın təşkil etdiyi tədbirdə Turana mükafatı Türkiyə Basketbol Federasiyasının icraçı direktoru Hidayət Türkoğlu təqdim edib.
Futbolçu çıxışında onun uğurunda böyük pay sahibi olan ailəsi, dostları və rəfiqəsinə təşəkkür edib.


Xəbər xətti