"Bakı"nın oyununun vaxtı dəyişdirildi

17:40 4 Dekabr 2015

Futbol üzrə Azərbaycan I divizionunun XIII turunun oyun cədvəlində dəyişiklik edilib.

 

Sportarena.az xəbər verir ki, “Bakılı” klubu ev oyunlarını keçirdiyi stadionun dekabrın 15-dən etibarən təmir olunacağını əsas gətirərək, XIII turun “Bakı” ilə matçının vaxtının dəyişdirilməsini xahiş edib.

 

“Bakı” klubunun da razılıq məktubunu alan PFL “Bakılı” – “Bakı” matçının əvvəlcədən nəzərdə tutulduğu 18 dekabrda deyil, 8 dekabrda oynanılmasına qərar verib.


Xəbər xətti