"Qarabağ"ın rəqibi xal itirdi

21:57 5 Dekabr 2015

Ingiltərə Premyer Liqasında XV turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, avroliqanın qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Tottenhem” klubu səfərdə “Vest Bromviç”in qonağı olub. Gərgin keçən matç 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, 15 turdan sonra aktivində 26 xal olan “Tottenhem” klubu turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

 


Digər xəbərlər

Xəbər xətti