Boksçularımız Rusiyada dünya kuboku yarışlarında iştirak edəcəklər

23:48 5 Dekabr 2015

Dekabrın 17-dən 20-dək Rusiyanın Xantı-Mansiysk şəhərində Sibirdə ilk dəfə nefti kəşf edən həmyerlimiz Fərman Salmanovun xatirəsinə həsr olunmuş boks üzrə neft ölkələrinin dünya kuboku yarışları keçiriləcək.

13-cü dəfə təşkil olunacaq turnirdə 20 ölkədən 120 idmançı mübarizə aparacaq.

Dünya kuboku yarışlarında Rusiya ilə yanaşı Azərbaycan, Fransa, Almaniya, Finlandiya, Serbiya, Bolqarıstan, Polşa, Ukrayna, Moldova, Litva, Belarus, İsveç, Çin, Qazaxıstan və digər ölkələrdən boksçular iştirak edəcək.

Turnirin mükafat fondu isə 2 milyon 140 min rubl təşkil edir. 


Xəbər xətti