"Çelsi" yenə məğlub oldu

00:17 6 Dekabr 2015

İngiltərə Premyer Liqasında XV turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, “Çelsi” doğma meydanda “Bornmut” klubunu qəbul edib. Gərgin keçən matçın ilk hissəsi qolsuz bərabərliklə başa çatıb. İkinci hissəyə daha fəal başlayan “Çelsi” klubu yenə istəyinə nail ola bilməyib və qapısında top görüb. Belə ki, matçın 80-ci dəqiqəsində oyuna daxil olan Qlen Muray 2 dəqiqə sonra komandasına 3 xalı gətirəcək qolu “Çelsi”nin qapısından keçirməyi bacarıb.
Qeyd edək ki, 15 turdan sonra “Çelsi” 15 xalla 14-cü pillədə qərarlaşıb. 

 


Xəbər xətti