"Fənərbaxça"da Van Persi şoku

10:03 6 Dekabr 2015

“Fənərbaxça” klubu “Qaziantepspor” matçı öncəsi ciddi itki ilə üzləşib.
Sportarena.az xəbər verir ki, Van Persi dünən keçirilən məşq zamanı  ayağında olan kəskin ağrılar səbəbi ilə məşqi yarımçıq başa vurub.  32 yaşlı futbolçunun ayağında olan ağrıların səbəbi isə tibbi müayinədən keçdikdən sonra açıqlanacaq.
Qeyd edək ki, bu gün keçiriləcək “Qaziantepspor” – “Fənərbaxça” matçının iştirak ərizəsində Van Persi ilə birlikdə Raul Mereleş, Hakan Çinəmrə və Mehmet Topuz da zədə səbəbi ilə yer almayıb.

 


Xəbər xətti