Nazarov oyuna daxil oldu, komandası 2 top buraxdı

10:42 6 Dekabr 2015

Almaniya ikinci Bundesliqasının XVII turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Karlsrue” dünən səfərdə “Arminiya” klubunun qonağı olub. Nazarov matçın 65-ci dəqiqəsində meydana daxil olub və komandası 2 top buraxaraq məğlub olub - 2:1. 
Qeyd edək ki, “Karlsrue” 17 turdan sonra 19 xalla 13-cü pillədə qərarlaşıb.

 


Digər xəbərlər

Xəbər xətti