"Qəbələ" - "Krasnodar" oyununun biletləri satışda: qiymətlər belədir

13:35 7 Dekabr 2015

UEFA Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində dekabrın 10-u baş tutacaq "Qəbələ" - "Krasnodar" (Rusiya) matçının biletləri bu gündən satışa çıxıb. 

sportarena.az xəbər verir ki, saat 12:00-dan etibarən azarkeşlər biletləri "Bakcell Arena"nın (8-ci km stadionu) kassalarından əldə edə bilərlər. 

Biletlərin qiyməti 2, 5 və 10 manatdır. 

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Krasnodar" oyunu saat 22:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti