Besnik Hasi "Qarabağ"la oyun haqda: "Qol vəziyyətlərindən maksimum yararlanmalıyıq"

16:25 7 Dekabr 2015

"Qarabağ"la oyunda tam gücümüzü meydanda qoymalı, ələ düşən qol vəziyyətlərindən maksimum yararlanmalıyıq".

 

Sportarena.az xəbər verir ki, bu sözləri Belçikanın "Anderlext" klubunun baş məşqçisi Besnik Hasi deyib. Ölkə çempionatının son turu çərçivəsində ötən gün "Genk"ə qarşı keçirdikləri oyundan (0:0) sonra fikirlərini açıqlayan mütəxəssis Avropa Liqasının qrup mərhələsinin həlledici turunda qarşılaşacaqları "Qarabağ"la matçdan da danışıb:

 

"Bu matç üçün düzgün taktika seçməyimiz də vacibdir. Çünki yalnız belə olan halda qrupdan çıxmağı özümüz üçün təmin edə bilərik. "Qarabağ"la oyunda da "Genk"lə matçdakı kimi kollektiv futbol sərgiləməli, daha çox hücum etməliyik".


Digər xəbərlər

Xəbər xətti