"Qarabağ"ın oyunu 45 avroya

19:17 7 Dekabr 2015

Avropa Liqasının qrup mərhələsinin son turunda keçiriləcək "Anderlext" - "Qarabağ" matçının biletləri bu gün satışa çıxarılıb. Sportarena.az xəbər verir ki, "Konstant Vanden Stok" stadionunda keçiriləcək oyuna biletlərin qiyməti də açıqlanıb.

 

Qrup mərhələsinin son oyunu üçün biletlərin qiyməti 30-45 avro (təqribən 35-52 manat) aralığında dəyişir. Azyaşlılar və yaşı 16-dan aşağı olan fanatlar isə 20 avroya (təqribən 23 manat) bilet ala biləcək.

 

Qeyd edək ki, dekabrın 10-da keçiriləcək "Anderlext" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:05-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti