ŞOK! Millinin üzvü güllələndi

14:35 8 Dekabr 2015

İranın Kirmanşah şəhərinin Səhnə şəhərində sərbəst güləş üzrə milli komandanın üzvü və Asiya çempionu olmuş Firidun Qənbəri güllələnərək öldürülüb. Sportarena.az xəbər verir ki, bu barədə İranın YJC xəbər saytı məlumat verib.

 

Məlumata əsasən, naməlum şəxslər idmançının avtomobilinə atəş açıblar. F.Qənbəri 7 güllə yarası alıb və xəstəxanaya çatdırılarkən yolda həlak olub.

 

Hadisənin təfərrüatı açıqlanmır. Faktla bağlı cinayət işi açılıb.


Digər xəbərlər

Xəbər xətti