Hakimləri söyən "Bakı" rəsmisinə 5 oyunluq diskvalifikasiya

16:04 8 Dekabr 2015

Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib. Sportarena.az xəbər verir ki, İK Azərbaycan kubokunun 1/8 mərhələsində bəzi qayda pozuntuları ilə bağlı qərarlar verib.

 

Azərbaycan kubokunun 1/8 mərhələsinin “Xəzər Lənkəran” – “Kəpəz” matçında “Xəzər Lənkəran” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunuB.

 

Azərbaycan kubokunun 1/8 mərhələsinin AZAL – “Zirə” matçının 60-cı dəqiqəsində AZAL klubunun futbolçusu Emin Cəfərquliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.

 

Azərbaycan kubokunun 1/8 mərhələsinin “Rəvan” – “Bakı” matçı başa çatdıqdan sonra “Bakı” klubunun rəsmisi Vüqar Əliyev hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klub 500 manat cərimə olunub.

 

Azərbaycan kubokunun 1/8 mərhələsinin “Qəbələ” – “Mil-Muğan” matçının 68-ci dəqiqəsində “Qəbələ” klubunun futbolçusu Qismət Alıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti