"Qarabağ" Brüsselə yola düşdü

18:05 8 Dekabr 2015

Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Anderlext"lə qarşılaşacaq "Qarabağ" bu gün Bakı-Brussel reysiylə Belçikaya yollanıb.

 

Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisi saat 18:00-da yola düşübk. Uçuşun təxminən 5 saat olacağı gözlənilir.

 

Qeyd edək ki, "Anderlext" (Belçika) - "Qarabağ" (Azərbaycan) qarşılaşması dekabrın 10-da saat 00:05-də keçiriləcək


Xəbər xətti