"Anderlext" – "Qarabağ" matçına nə qədər bilet satılıb?

22:40 8 Dekabr 2015

Avropa Liqasının qrup mərhələsi çərçivəsində 2 gün sonra keçiriləcək "Anderlext” – "Qarabağ” matçının bilet satışı davam edir. 
Artıq 7 min bilet artıq satılıb. Satışda təxminən 1500 bilet qalıb ki, onların da oyun gününə qədər satılacağı gözlənilir. "Konstant Vanden Stok” arenası  28063 nəfərlik tutuma malik olsa da Avropa Liqasında 21845 azarkeşi qəbul edə bilir.
Nəzərinizə çatdıraq ki, Bakı vaxtı ilə 00:05-da start götürəcək "Anderlext” – "Qarabağ” qarşılaşmasına ən ucuz bilet 20, ən baha bilet isə 45 avro dəyərindədi.


Digər xəbərlər

Xəbər xətti