Stankoviç millimizi məğlub etmək istəyir

11:47 9 Dekabr 2015

Futzal üzrə Xorvatiya yığmasının baş məşqçisi Mato Stankoviç dünya çempionatının seçmə mərhələsi çərçivəsində eyni qrupda yer aldıqları Azərbaycan millisi barədə fikirlərini bölüşüb. Sportarena.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:

 

"Azərbaycan yığması braziliyalılardan təşkil olunub. Komandanın heyətində iki rusiyalı da var. Onların ən yaxşı klubları isə avrokubokların final mərhələsinə vəsiqə qazanıb. Ona görə də bizim borcumuz keyfiyyətli oyun sərgiləyib, Azərbaycan yığmasına qalib gəlməkdir".


Digər xəbərlər

Xəbər xətti