Tanınmış futbolçu "Survivor"da yarışacaq - FOTO

15:17 9 Dekabr 2015

Aparıcısı və rəhbəri Acun İlıcalı olan "Survivor 2016"da iştirak edəcək daha bir ad açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, Dominikan Respublikasına gedəcək ikinci ad bu gün məlum olub. Məşhur futbolçu İbrahim Yattara yeni mövsümdə adada yarışmaçılar arasında yer alacaq.

 

Qeyd edək ki, bir neçə həftə əvvəl müğənni Yılmaz Morgülün "məşhurlar" komandasında yarışacağı məlum olmuşdu.


Digər xəbərlər

Xəbər xətti