Millimiz ikinci sınağından da uğurla çıxdı - YENİLƏNİB

22:09 11 Dekabr 2015

Futzal üzrə dünya çempionatının əsas seçmə mərhələsində Azərbaycan millisi bu gün Belarus yığması ilə qarşılaşacaq.

 

Sportarena.az xəbər verir ki, oyun Xorvatiyanın Osiyek şəhərindəki Dvorana Gradski VRT idman kompleksində saat 20.30-da başlayacaq və CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.

 

Qeyd edək ki, millimiz qrupun ilk oyununda İsveç yığmasını 8:2 hesabı ilə məğlub edib.

 

Dünya çempionatının seçmə mərhələsi

11 dekabr

 

 

20:30. Azərbaycan - Belarus 7:1
Hakimlər:
Trayan Ençev (Bolqarıstan), Gerd Bylois (Belçika), Qabor Kovaç (Macarıstan)
Xorvatiya. Osiek şəhəri.


Xəbər xətti