Almeyda Avropada 2-ci pillədə

16:20 11 Dekabr 2015

Avroliqanın qrup mərhələsində 6 turdan sonra ən çox dəqiq ötürmə edən futbolçuların siyahısı açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, 5 turdan sonra siyahıda dördüncü pillədə olan “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda bu dəfə ikinci yerdə qərarlaşıb. Almeydanın etdiyi 472 ötürmənin 88 faizi (416) dəqiq alınıb.

 

İlk pillədə isə “Napoli”nin futbolçusu Mirko Valdifiori qərarlaşıb. İtaliyalı yarımmüdafiəçi verdiyi 482 ötürmədə 90 faiz (432) dəqiq oynayıb.


Digər xəbərlər

Xəbər xətti