"Qarabağ" və "Qəbələ" 1 pillə geri yuvarlandı

01:10 12 Dekabr 2015

UEFA klubların yeni reytinq cədvəlini açıqlayıb.
Sportarena.az xəbər verir ki, avroliqada ölkəmizi təmsil edən "Qarabağ" 13,475 xalla 1 sıra geriləyərək 129-cu pillə qərarlaşıb.
Digər təmsilçimiz "Qəbələ" də "Qarabağ" kimi 1 pillə geriləyib və 5,225 xalla  253-cü yerə yuvarlanıb. 
Qeyd edək ki, təmsilçilərimiz qrup mərhələsinin son turunda uğursuzluqla üzləşərək ("Qəbələ" - "Krasnodar" 0:3, "Anderlext" - "Qarabağ" 2:1) turniri tərk ediblər. 

 


Digər xəbərlər

Xəbər xətti