Millimizin üzvü oynadı, komandası qalib gəldi

12:22 13 Dekabr 2015

Almaniya ikinci Bundesliqasında 18-ci turun oyunları keçirilib.
Spotarena.az xəbər verir ki,  millimizin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" doğma meydanda "Qroyter Fyurt" ilə qarşılaşıb.
Qarşılaşma Nazarovun komandasının minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.
Futbolçumuz bu görüşün 65-ci dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, "Karlsrue" hazırda 22 xalla 18 klub arasında 12-ci pillədə qərarlaşıb.

 


Digər xəbərlər

Xəbər xətti