"Homoseksual deyiləm" - Kriştianu Ronaldo

10:00 14 Dekabr 2015

Portuqaliya millisi və "Real"ın yarımmüdafiəçisi Kriştianu Ronaldo homoseksual olması ilə bağlı iddialara cavab verib. Sportarena.az xəbər verir ki, 30 yaşlı futbolçu mərakeşli kikboksçu Badr Hari ilə sevgili olması ilə bağlı deyilənlərə aydınlıq gətirib:

 

"Haqqımda yayılan xəbərləri oxuyuram. Homoseksual deyiləm. Olsaydım, bunu gizlətməzdim. Liqanın ilk həftələrində şəxsi həyatımda bəzi problemlər yaranmışdı. Adaptasiya problemləri yaşayırdım. Bütün fanatlarımdan üzr istəyirəm".

 

Qeyd edək ki, Ronaldonun Badr Hari ilə sevgili olduğu və futbolçunun sevgilisini görmək üçün ayda 2-3 dəfə şəxsi təyyarəsiylə Mərakeşə uçduğu deyilirdi.


Digər xəbərlər

Xəbər xətti