Azərbaycan klubunda yeni vitse-prezident - FOTO

13:03 14 Dekabr 2015

Azərbaycan I Divizionunda mübarizə aparan MOİK futbol komandasında daha bir təyinat rəsmiləşib. Sportarena.az xəbər verir ki, yaxın keçmişdə komandanın baş məşqçisi olmuş, sonradan Premyer Liqada çalışan ən gənc mütəxəssis kimi futbol tariximizə düşən Ramil Əliyev artıq ordu klubunda yeni vəzifəyə təyinat alıb. O, MOİK-in vitse-prezidenti olaraq çalışacaq.

 

Xatırladaq ki, Ramil Əliyev MOİK-i baş məşqçi kimi iki dəfə Premyer Liqaya çıxarıb. O, 2007/08 və 2009/10 mövsümlərinin yekunlarına görə, ordu klubunu elitaya daşıyıb.

 

Qeyd edək ki, R.Əliyev MOİK-dən başqa, müxtəlif dövrlərdə iki dəfə "Rəvan"da çalışıb.


Xəbər xətti