Canlı yayıma görə növbəti dəyişiklik

16:57 14 Dekabr 2015

Peşəkar Futbol Liqası daha bir oyunun təqvimində dəyişiklik edib. Sportarena.az xəbər verir ki, bu dəfə I divizionun bir matçının tarixi dəyişdirilib.

 

Belə ki, MOİK – “Şəmkir” oyunu dekabrın 17-də yox, 18-də baş tutacaq. Dəyişikliyə səbəb görüşün canlı yayımlanmasıdı.

 

Qeyd edək ki, dekabrın 18-də keçirilməsi nəzərdə tutulan XIII tur oyunlarından sonra I divizionda fasilə yaranacaq.


Xəbər xətti