"Azeryol" lider oldu

21:24 14 Dekabr 2015

Qadın voleybol komandalar arasında Azərbaycan Super Liqası yarışlarının altıncı turu çərçivəsində təxirə salınmış bir oyun keçirilib.

Azərbaycan Voleybol Mərkəzində CEV kuboku yarışlarında ölkəmizi təmsil edən “Azəryol” komandası liqada müsabiqədən kənar çıxış edən Gürcüstanın “Tbilisi” klubunu qəbul edib.

Azərbaycan təmsilçisinin üstünlüyü şəraitində keçən görüşdə “Azəryol” komandası 3:0 hesabı ilə qalib gəlib.

Hazırda turnir cədvəlinə 14 xalla “Azəryol” klubu liderlik edir. Eyni xala malik olan “Telekom” isə set fərqinə görə, ikinci pillədə qərarlaşıb. Hesabında 13 xal olan “Lokomotiv” isə ilk üçlüyü tamamlayır. 


Digər xəbərlər

Xəbər xətti