"Kimyaçılar" "Qarabağ" üçün hazırlaşır

22:22 14 Dekabr 2015

Premyer Liqanın son turunda səfərdə “İnter”i məğlubiyyətə uğradan “Sumqayıt”  növbəti “Qarabağ”la oyun üçün istirahəti başa vurub.
Sportarena.az xəbər verir ki, Samir Abasovun yetirmələri bu gün “Kapital Bank Arena”da məşqə çıxıb. Növbəti oyun üçün hazırlaşan “Sumqayıt” FK tam heyətlə məşq edir.

Qeyd edək ki, “Qarabağ” – “Sumqayıt” oyunu dekabrın 16-da Tofiq İsdmayılov adına Suraxanı qəsəbə stadionunda keçiriləcək. Oyun saat 16:30-da start götürəcək və "CBC Sport" kanalı ilə canlı yayımlanacaq.


Xəbər xətti