"İnter" Bayıldan 3 xalla ayrılır- YENİLƏNİB

22:22 15 Dekabr 2015

Bu gün Topaz Premyer Liqasında XVII  tura start veriləcək. Sportarena.az xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma baş tutacaq.

 

Ötən tur doğma meydanda "Sumqayıt"a uduzaraq, 3-cü pilləni əldən verən "İnter" "Rəvan"a qonaq olacaq. "Bankirlər" bu matçda qalib gələrək, həm məğlubiyyəti unutdurmağa, həm də mövqeyini yaxşılaşdırmağa çalışacaq. Autsayder "Rəvan" isə məğlubiyyətsiz oyunlar seriyasını davam etdirmək niyyətindədi.

 

Turun digər oyunları sabah və birigün keçiriləcək.

 

Topaz Premyer Liqası, XVII tur

15 dekabr

 

 

 "Rəvan" – "İnter" 0:2
Qollar: Zurab Xizanişvili 51, Liman Seyidi 86

Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, İsgəndər Əliyev, Xəlil Xəlilov
"Bayıl Arena"


Xəbər xətti