"Xəzər Lənkəran"la oyun öncəsi növbəti itki

10:27 15 Dekabr 2015

Topaz Premyer Liqasının XIIV turunda "Xəzər Lənkəran"ın qonağı olacaq "Kəpəz" məşqlərini davam etdirir. Sportarena.az xəbər verir ki, cənub səfəri öncəsi komandanın heyətində zədəli futbolçu var. Ceyhun Cavadov hazırlıq prosesində iştirak edə bilmir.

 

Gənc yarımmüdafiəçidən fərqli, Şəhriyar Əliyev və Budaq Nəsirovun durumu yaxşıdır. Fərdi çalışan hər iki futbolçu artıq komanda ilə birgə məşqlərə qoşulub. Onların “Xəzər Lənkəran”a qarşı matçda oynayıb-oynamayacağı oyun günü məlum olacaq.

 

Qeyd edək ki, bir müddət zədəli olan Şəhriyar Əliyev ötən tur “Rəvan”la oyunda “sarı-göylər”ə kömək edə bilməyib.


Digər xəbərlər

Xəbər xətti