"İnter"in zədəlisi sağaldı - FOTO

10:53 15 Dekabr 2015

"İnter"in yarımmüdafiəçisi Nika Kvekveskiri zədəsini sağaldıb. Sportarena.az xəbər verir ki, XI turun "Zirə" ilə oyununda zədələnən futbolçu artıq sıraya dönüb.

 

Təcrübəli oyunçu artıq komanda ilə məşqlərə başlayıb. Onun bu gün "Rəvan"a qarşı oyunda meydana çıxması istisna olunmur.

 

Yarımmüdafiəçi 90 dəqiqə oynamağa hələ tam hazır olmasa da, böyük ehtimalla o, matçın gedişində mübarizəyə qoşulacaq.


Xəbər xətti