Arda Turanın toy tarixi bəlli oldu

15:00 15 Dekabr 2015

"Barselona"nın yarımmüdafiəçisi Arda Turan və sevgilisi Aslıhan Doğanın toy tarixi və yeri məlum olub. Sportarena.az xəbər verir ki, ilin ən çox müzakirə olunan cütlüklərindən sayılan Arda-Aslıhan yayda münasibətlərini rəsmiləşdirmək barədə düşünürlər.

 

Onlar tarixi Avropa çempionatından əvvələ salıblar. Cütlüyün toyu iyunun 4-də baş tutacaq. Sevgililər əvvəl İstanbulda, sonra isə Bodrum və İspaniyada da toy etmək fikrindədirlər.

 

Arda və Aslıhan bu qərarı hələ ailələri ilə müzakirə etməyiblər.


Digər xəbərlər

Xəbər xətti