"Qəbələ"də 4 itki

16:20 15 Dekabr 2015

Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində "Zirə"nin qonağı olacaq "Qəbələ" bu matçda ciddi itkilərlə çıxacaq.

 

Sportarena.az xəbər verir ki, zədəli olan Dmitri Bezotosnı və Ruslan Abışovun bu matçda oynamayacağı dəqiqdir. Daha bir zədəli futbolçu Sergey Zenyovun isə oynayıb-oynamayacağı hələlik bəlli deyil. Daha öncə də qeyd etdiyimiz kimi, Arif Daşdəmirov cəza səbəbindən bu matçda iştirak etməyəcək.

 

Qeyd edək ki, "Zirə" - "Qəbələ" matçı sabah saat 18:30-da start götürəcək.


Xəbər xətti