Millimiz beynəlxalq reytinq cədvəlində irəliləyib

21:37 15 Dekabr 2015

Futzal üzrə yığma komandaların yeni beynəlxalq reytinq siyahısı açıqlanıb.

Dünya çempionatının seçmə mərhələsində uğurlu çıxış edən Azərbaycan millisi reytinqdə iki pillə irəliləməyə nail olub. Belə ki, komandamız 13-cü pillədən 11-ə yüksəlib. Komandamızın hesabında hazırda 1388 reytinq xalı var.

Avropa çempionatının final mərhələsindəki rəqiblərimiz İtaliya 4-cü (1687 xal), Çexiya millisi isə 17-cidir (1321).

Reytinq cədvəlinə 1923 xalla İspaniya millisi liderlik edir. Braziliya millisi 1909 xalla ikinci, Rusiya komandası isə 1752 xalla üçüncü pillədə qərarlaşıb. 


Xəbər xətti