“Azərreyl” qalib gəldi

21:59 15 Dekabr 2015

Qadın voleybol komandaları arasında Azərbaycan Super Liqası yarışlarının XVI turu çərçivəsində bir oyun keçirilib.

Sportarena.az xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində Çempionlar Liqası yarışlarında ölkəmizi təmsil edən “Azərreyl” komandası “Gəncliy”in qonağı olub. Görüşdə “Azərreyl” komandası asan qələbə qazanıb – 3:0.

Hazırda turnir cədvəlinə 17 xalla “Azərreyl” klubu liderlik edir. Hesabında 16 xal olan “Lokomotiv” ikinci, “Azəryol” isə 14 xalla üçüncü pillədə qərarlaşıb.


Xəbər xətti