"Zirə"yə bir şad, bir də bəd xəbər

11:33 16 Dekabr 2015

Premyer Liqanın 17-ci turunda "Qəbələ"ni qəbul edəcək "Zirə" bu matça 1 itki ilə çıxacaq.

 

Sportarena.az xəbər verir ki, debütantın qolkiperi Anar Nəzirov zədə səbəbindən bu matçı da buraxmalı olacaq. Əvəzində isə ötən həftə səhhətində problem yaşayan Çmezi Mbah komandayla hazırlıqlara başa vurub və baş məşqçinin şans verəcəyi təqdirdə bu oyunda iştirak edə bilər.

 

Qeyd edək ki, qarşılaşma saat 18:30-da start götürəcək.


Xəbər xətti