Qurban Qurbanov: "Futbolçudan istədiyini ala bilməyəndə..."

19:16 16 Dekabr 2015

Premyer Liqanın XVII turunda "Sumqayıt"ı qəbul edən "Qarabağ" məğlubiyyətdən son dəqiqələrdə qaçıb. Sportarena.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikirlərini açıqlayıb:

 

"Düşünürəm ki, çox çətin, ağır bir oyun oldu. Son vaxtlar öz oyun üslubu ilə fərqlənən komandaya qarşı çıxış etdik. Son vaxtlar nə biz bu qədər qol epizodu yaratmışdıq, nə də rəqib bu qədər qol epizoduna imkan vermişdi. Bəlkə də oyunun ədalətli nəticəsi bərabərlik idi. Futbolçudan istədiyini ala bilməyəndə onun üzərinə getmək əvəzinə soyuqqanlılıq lazım olur. Çünki futbolçular çox yükləniblər. Mən əvvəlcədən bilirdim ki, xal itkiləri ola bilər. Yaxşı komanda ilə oyunda xal itirdik. Mən rəqib komandaya və baş məşqçi Samir Abasova uğurlar arzu edirəm".


Xəbər xətti