Daha 3 idmançımız "Rio-2016"ya vəsiqə qazandı

21:08 16 Dekabr 2015

Növbəti il keçiriləcək Rio-de-Janeyro Olimpiadasında iştirak edəcək ilk 60 boksçunun adı məlum olub

Sportarena.az xəbər verir ki, 20 boksçu AİBA Proboxing turnirindən, 17-si WSB liqasından, 23-ü isə Qətərdə keçirilən dünya çempionatından planetin ən böyük yarışına vəsiqə qazanıb. 

Braziliyada 286 dəri əlcək ustası rinqə çıxacaq. Olimpiadaya ilk vəsiqə qazananlar arasında Azərbaycan milli komandasının 3 üzvü də var. Dünya çempionu Elvin Məmişzadə (52 kq), dünya çempionatının gümüş mükafatçısı Albert Səlimov və bürünc medalçı Pərviz Bağırovun (69 kq) "Rio-2016”da çıxış edəcəyi artıq dəqiqləşib. Kuba yığmasının 7 üzvü Olimpiya Oyunlarına lisenziyaya yiyələnib. 

Qeyd edək ki, qarşıda qitələr üzrə təsnifat yarışları və gələn ilin iyununda isə dünya Olimpiya təsnifat turniri keçiriləcək.


Xəbər xətti