"Zirə"nin baş məşqçisi: "Hələ yeni futbolçu barədə düşünmürük"

21:16 16 Dekabr 2015

Azərbaycan Premyer Liqasının XVII turunda “Qəbələ”ni 1-0 hesabı ilə məğlub edən “Zirə” turnir cədvəlinin ikinci pilləsinə yüksəldi.  

Adil Şükürov (“Zirə”nin baş məşqçisi): “Biz çempionatın lider komandalarından birinə qarşı oynadıq. “Qəbələ” yarışın güclü iştirakçısıdır. “Qəbələ”nin oyunlarını izləmişdik. Düzdür, rəqibimiz son oyunlarda xallar itirib, bütün bunlara baxmayaraq, “Qəbələ”nin gücü göz önündədir. Futbolçularımız oyun ərzində verilən tapşırıqları yerinə yetirdilər və qələbə qazandıq. “Qəbələ” oyunboyu hücum etməyi sevir, biz isə ikinci hissədə cinahları işə saldıq. Bizim 30 nəfərdən ibarət futbolçu heyətimiz var, daima dəyişikliklər edirik. Odur ki, hələ yeni futbolçu barədə düşünmürük. Amma istənilən komandaya daha güclü oynaması üçün daha güclü oyunçular lazımdır”. 


Digər xəbərlər

Xəbər xətti