Bekhemin oğulları məşhur filmin qala gecəsində - FOTO

12:40 17 Dekabr 2015

Devid və Viktoriya Bekhem cütlüyünün oğulları – 16 yaşlı Bruklinlə 13 yaşlı Romeo "Star Wars" filminin qala gecəsinə qatılıblar.

 

Sportarena.az xəbər verir ki, Londonda baş tutan premyerada qardaşlar qırmızı xalıya oxşar geyimdə çıxıblar. Əsasən dəri geyimə üstünlük verən qardaşlar paparassilərin diqqətini çəkə biliblər. Bruklin bir an olsun belə, qolunu qardaşının çiynindən çəkməyib.

 

Qeyd edək ki, Devid və Viktoriya Bekhem cütlüyünün 1-i qız olmaqla, 4 övladı var.


Xəbər xətti