"Neftçi"nin 4 futbolçusu yeni yaranmış millidə

17:19 17 Dekabr 2015

"Neftçi"nin 4 futbolçusu – Sənan Əlizadə, Aqşin Qurbanlı, Rəsul Babazadə və Vüsal Hüseynov Azərbaycan U-20 milli komandasına cəlb olunub. Sportarena.az xəbər verir ki, AFFA bu yaş qrupu üzrə yığma komandanı yeni yaradıb.

 

Komandanın üzvləri yığmanın dekabrın 21-dən 25-dək Bakı şəhərində keçiriləcək təlim-məşq toplanışında iştirak edəcəklər. Yeni yaranmış milliyə digər klublardan kimlərin çağırıldığı hələlik, açıqlanmır.


Xəbər xətti