Hakan Şükür ABŞ-a köçdü: "Bir daha Türkiyəyə dönməyəcəm"

11:58 18 Dekabr 2015

Türkiyənin məşhur sabiq futbolçusu Hakan Şükür “bir daha Türkiyəyə dönməyəcəm" deyib.

 

Sportarena.az anspress-ə istinadən xəbər verir ki, əfsanəvi futbolçu İstanbuldakı evini satan bankdan bütün pullarını götürərək ABŞ-a köçüb.

 

“Bir daha Türkiyəyə dönməyəcəm. Burada qalıb iş quracağam”, - deyə məşhur futbolçu vurğulayıb. “Qalatasaray”ın əfsanəsinin ABŞ-a köçməsinin əsas səbəbi kimi “Paralel yapı”nın (Türkiyədə Fəthullah Gülən tərəfdarlarının "paralel hakimiyyət”inin) üzvü olması iddia olunur.

 

Hakan Şükürün Türkiyəni tərk etməsinə daha bir səbəb kimi isə futbolçunun türklərin göstərdiyi münasibətdən məyus olması göstərilir.


Digər xəbərlər

Xəbər xətti