"Kəpəz"in futbolçusu hakimi təhqir elədi

13:27 18 Dekabr 2015

İntizam Komitəsinin növbəti iclası keçirilib. Sportarena.az xəbər verir ki, iclasda əvəzedici həyətlərin XVII turunda keçirilmiş oyunlarla bağlı da bir sıra qərarlar qəbul olunub:

 

“Neftçi” – AZAL matçının 75-ci dəqiqəsində “Neftçi” klubunun 42 №-li futbolçusu Elvin Sərkərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur.

 

“Xəzər Lənkəran” – “Kəpəz” matçının 44-cü dəqiqəsində “Kəpəz” klubunun 2 №-li futbolçusu İsmayıl Aslanov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 2000 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti