Gimnastlarımız Moskvada 5-ci oldular

14:43 18 Dekabr 2015

15-16 dekabr tarixlərində Moskva şəhərinin “Olimpiyskiy” idman kompleksində idman gimnastikası üzrə Mixail Voronin Kuboku adlı beynəlxalq turnir keçirilib. Sportarena.az xəbər verir ki, yarışa 23 ölkənin idmançıları qatılıb.

 

Qadın idman gimnastikası üzrə turnirdə Azərbaycanı Bakı 2015 İlk Avopa Oyunlarının iştirakçıları – Yuliya İnşina və Kristina Pravdina - təmsil ediblər.

 

Ən yaxşı nəticəni Yuliya İnşina göstərib. O, gimnastika tiri üzərində hərəkətlərdə 5-ci yerə layiq görülüb.


Digər xəbərlər

Xəbər xətti