"Barselona"da üzlər gülür: iki zədəli birdən qayıdır

10:36 19 Dekabr 2015

"Barselona" zədəli futbolçularından şad xəbər alıb.
Sportarena.az xəbər verir ki, Kataloniya klubunun ulduz futbolçusu Messi böyrəyindəki daşdan qurtulub. Onun ən azı bir həftə istirahətə ehtiyacı var. Məhz bundan sonra argentinalı forvard komandasına kömək edə bilər.
"Barsa"nın digər ulduzu Neymar da zədəsini sağaldıb. "Sambaçı" ümumi qrupda məşqlərə başlayıb. 
Neymarın Klublararası Dünya Çempionatının finalında "River Pleyt"lə matçda meydana çıxacağı gözlənilir.

 


Digər xəbərlər

Xəbər xətti