Runiyə mükafat təqdim olunub

13:25 20 Dekabr 2015

"Mançester Yunayted"in əfsanəsi Bobbi Çarlton komandanın kapitanı Ueyn Runiyə mükafat təqdim edib.
Sportarena.az xəbər verir ki, Runinin Mançester klubunun heyətində 500-cü matçına çıxması münasibətilə hazırlanan mükafat "Norviç"lə matçdan öncə (1:2) təqdim olunub.
Runi bu göstəriciyə görə ilk onluğa daxil olub. Ser Bobbi Çarlton isə "qırmızı şeytanlar"ın ən çox oyun keçirmiş 2-ci futbolçusudur. Zirvədə isə Rayan Qiqqs qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti