İngiltərə mətbuatından sürpriz iddia: Mourinyo "Mançester Yunayted"də

19:32 21 Dekabr 2015

İngiltərə mətbuatı "Çelsi"dən ayrılan Joze Mourinyo ilə bağlı yeni iddia ortaya atıb. Sportarena.az xəbər verir ki, "Daily Express" nəşri portuqaliyalı mütəxəssisin "Mançester Yunayted"lə anlaşdığı yazıb.

 

Məlumata görə, ona 5 illik müqavilə təklif olunub. 52 yaşlı mütəxəssisin də "qırmızı-şeytanlar"ın təklifini qəbul etdiyi bildirilib.

 

Qeyd edək ki, bir müddət öncə "Çelsi"dən qovulan Mourinyo "Roma"nın təklifini rədd edib.


Digər xəbərlər

Xəbər xətti