ŞOK! Azərbaycan çempionu dünyasını dəyişdi

12:31 22 Dekabr 2015

"Rabitə" voleybol klubunun sabiq baş məşqçisi Deyan Brdjoviç dünyasını dəyişib. Sportarena.az xəbər verir ki, 49 yaşlı mütəxəssis yaşadığı evdə qəflətən vəfat edib.

 

Polşanın “Şetsin” klubunu çalışdıran Brdjoviç ölkə çempionatında yaranan fasilədə Serbiyaya ailəsinin yanına yollanıb. Onun hansı səbəbdən öldüyü açıqlanmır.

 

Qeyd edək ki, 2010/2011 mövsümündə "Rabitə" voleybol klubuna Azərbaycan çempionluğunu qazandıran Brdjoviç komandasını Çempionlar Liqasının finalına yüksəldib. O, Azərbaycanla yanaşı, İtaliya və Polşada da çempionluq sevinci yaşayıb.


Xəbər xətti