"Mançester Yunayted"in sükanı arxasına yeni namizəd

17:20 23 Dekabr 2015

"Mançester Yunayted"in baş məşqçi postuna daha bir namizədin adı açıqlanıb. Sportarena.az xəbər verir ki, dünən Joze Mourinyonun "mankunyanlar"ın sükanı arxasına keçəcəyini yazan mətbuat bu gün yeni iddia ortaya atıb.

 

Məlumata görə, PSJ-nin baş məşqçisi Loran Blan "qırmızı şeytanlar"ın yeni çalışdırıcısı ola bilər.

 

Qeyd edək ki, "Mançester Yunayted"in hazırkı çalışdırıcısı Lui van Qaalın istefaya göndəriləcəyi bildirilir.


Digər xəbərlər

Xəbər xətti