"Qarabağ"ın rəqibləri məlum oldu

21:44 23 Dekabr 2015

Azərbaycan Premyer Liqasının qış fasiləsinə lider kimi yollanan "Qarabağ" 2016-ın hazırlıqlarına hər zaman olduğu kimi Antalyada başlayacaq.

Sportarena.az xəbər verir ki, "Qarabağ" Yanvarın 5-də yığışacaq və təlim-məşq toplanışı üçün qardaş ölkəyə yollanacaq. Yanvarın 24-nə qədər Antalyanın Belek bölgəsindəki `İC Santai` otelində məskunlaşacaq "Qarabağ"  bu müddətdə 4 yoxlama oyunu keçirməyi planlaşdırır.

"Qarabağ"ın yoxlama oyunlarının proqramı belədir:

16  Yanvar – Traktorsazi (İran)

20 Yanvar – Diosgjor (Macarıstan)

23 Yanvar – Admira Wacker (Avstrya)

23 Yanvar – Jagelloniya (Polşa)

 


Digər xəbərlər

Xəbər xətti